Kataloq
ENDİRİMLİ MƏHSULLAR
Səs sistemi paketlərimiz
Büdcəyə uyğun və yüksək keyfiyyət!
HAZIR DƏSTLƏR
Hazır Dəstlər
Seçilmiş audio paketləri
Çatdırılma
carsound.az internet mağazası sifarişlərinizi Bakı şəhərinə və Azərbaycanın bütün bölgələrinə operativ şəkildə çatdırır.
- Sifariş etdiyiniz məhsulu mağazamızdan birbaşa götürə bilərsiniz. Sifarişi sizin yerinizə dostunuz və ya yaxınınız da götürə bilər.
- Bakı şəhəri üzrə çatdırılma adətən 1-2 iş günü ərzində həyata keçirilir.
- Azərbaycanın bütün bölgələrinə sifarişlər Azərpoçt və ya kargo xidmətləri vasitəsilə göndərilir.
- Çatdırılma müddəti adətən 1-4 iş günü təşkil edir.
- Çatdırılma qiyməti ünvan, məhsulun çəkisi və ölçüsündən asılı olaraq hesablanır.
500 AZN və daha yüksək məbləğdə sifarişlər üçün çatdırılma PULSUZDUR.
500 AZN-dən aşağı sifarişlər üçün çatdırılma qiyməti ünvan, məhsulun çəkisi və ölçüsündən asılı olaraq hesablanır.

Ödəniş
carsound.az saytında sifarişlər üçün aşağıdakı ödəniş üsulları mövcuddur:
- Nağd ödəniş
- Bank kartı ilə ödəniş
- Şəxsiyyət vəsiqəsi ilə kredit (Faktorinq)
- Bank köçürməsi
carsound.az mağazasında təqdim olunan bütün məhsullar istehsalçı və ya rəsmi distributor tərəfindən təqdim olunan zəmanətlə satılır. Məhsullara zəmanət müddəti məhsuldan asılı olaraq dəyişə bilər. Zəmanət müddəti məhsulun sənədlərində və ya əlavə talonda göstərilir.
Zəmanət
Zəmanət aşağıdakı hallarda qüvvədə olmur:
- Məhsulun düzgün quraşdırılmaması və ya istifadə qaydalarının pozulması
- Mexaniki zədələr
- Su və ya digər maye təsiri
- İcazəsiz texniki müdaxilə və ya təmir
Qaytarılma
Məhsul aşağıdakı hallarda geri qaytarıla və ya dəyişdirilə bilər:
- istehsal qüsuru aşkar olarsa və ya məhsul sifariş edilən məhsula uyğun olmazsa
Qaytarma və dəyişdirmə üçün məhsul:
- istifadə olunmamış vəziyyətdə olmalıdır
- orijinal qablaşdırması saxlanmalıdır
- komplektliyi tam olmalıdır
Xidmətlər
Car Sound Azerbaijan 2017-ci ildən fəaliyyət göstərir. Müxtəlif illərdə müxtəlif markaların distrübitoru olaraq müştərilərə yüksək keyfiyyətli məhsulların təqdim olunmasını, səs sistemlərinin quraşdırılmasını xidməti göstərmişik.
Xidmətlərimiz:
- Sayt vasitəsilə məhsulların satışı
- Mağazadan götürmə və bütün Azərbaycan üzrə çatdırılma
- Demo stendində məhsulların sınağı
- Avtomobil audio sistemlərinin seçimi və fərdi layihələndirilməsi
- Avtomobiliniz üçün fərdi olaraq Subwoofer qutularının, Qapı Podiumlarının və Pandizotların hazırlanması
- Dinamiklər, subvuferlər, gücləndiricilər və multimedya sistemlərinin peşəkar quraşdırılması
- Avtomobilinizə səs və vibro izolasiya xidmətlərinin yerinə yetirilməsi
- Avtomobilinizin səs sisteminin zövqünüzə uyğun tənzimlənməsi




































































